BMT Təhlükəsizlik Şurası dekabrda Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Təhlükəsizlik Şurasına sədrliyinin daimi nümayəndəsi Ruçira Kamboca bildirib.
“Ukrayna BMT Təhlükəsizlik Şurasının ciddi diqqət mərkəzindədir. Biz bütün tərəflərlə qarşılıqlı əlaqəni davam etdirəcəyik”, – diplomat qeyd edib.