Paris yaxınlığında polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində reketlə məşğul olan 23 nəfər çeçen saxlanılıb. Bu barədə bazar günü Le Figaro qəzeti saxlanılan çeçenlərin vətəndaşlığı barədə məlumat yazmadan xəbər vermişdir.
Əməliyyat Livri-Qarqan polisinin köməyi ilə həyata keçirilib. Saxlanılan banda üzvləri yük Parisə gələn Qərbi Avropa ölkələrindən (Moldova, Polşa və Ukrayna) maşınlar və avtobuslardan 200 evro tələb edirlərmiş. Bu pulu ödəməkdən imtina edən sürücülər banda üzvləri tərəfindən döyülürmüş. Ay ərzində cinayətkarlar 200 min evro pul toplaya biliblər. Banda üzvləri sürücülərdən pul alan momentdə nağd pulla polis tərəfindən saxlanılıblar.
Le Figaro qəzeti qeyd edir ki, saxlanılanlar arasında fransa dövlət təhlükəsizliyinə təhlükəli olan şəxslər var. Saxlanılanların terrorçularla əlaqəsi olmasına dair heç bir fat açıqlanmayıb.