Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 67 yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusa yoluxma halı ilə əlaqədar ölüm hadisəsi qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 824 min 641 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 353 nəfər müalicə olunaraq sağalıb, 9984 nəfər vəfat edib. Aktiv xəstə sayı 304 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2136, bu günə qədər isə ümumilikdə 7 milyon 388 min 51 test icra olunub.