Dekabrın 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 238 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 58, ikinci doza vaksinlərin sayı 34, üç və daha çox doza vaksinlərin sayı 120, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 26-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 924 min 634, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 393 min 464, ikinci mərhələ üzrə 4 milyon 874 min 575, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 392 min 480, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 115-dir.