Tərtər rayon Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Tək inci Xan qızı” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığından, ədəbiyyat və mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlərindən, parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmasından bəhs edilib.
Bədii hissədə Tərtər rayon Mədəniyyət Mərkəzinin hazırladığı “Tək inci Xan qızı” adlı musiqili tamaşa təqdim olunub. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.