Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 129 yoluxma faktı qeydə alınıb, 90 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 825 min 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 34 nəfər müalicə olunaraq sağalıb, 9 min 999 nəfər vəfat edib. Aktiv xəstə sayı 623 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 707, bu günə qədər isə ümumilikdə 7 milyon 412 min 931 test icra olunub.