İsveçrənin Bazel şəhərində şahmat üzrə Milad bayramına həsr olunan festival keçirilib. İlin sonuncu şahmat yarışında Azərbaycanı Read Səmədov təmsil edib.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirin sonuncu turunda R.Səmədov Almaniya şahmatçısı Morits Veyshauterlə heç-heçə oynayıb. Yekunda üç şahmatçı 7 xal toplayıb. Əlavə göstəricilərə görə, rəqiblərini qabaqlayan şahmatçımız Bazel turnirinin qalibi olub.
Qeyd edək ki, yarışda 16 ölkədən 73 şahmatçı iştirak edib.