Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 66 yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər bu xəstəlikdən vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 232 nəfər müalicə olunaraq sağalıb, 10 min 9 nəfər vəfat edib. Aktiv xəstə sayı 321 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1846, bu günə qədər isə ümumilikdə 7 milyon 436 min 506 test icra olunub.