Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Antalya şəhərinə səfərə gedib.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi tviterdə məlumat yayıb.
Bildirilib ki, S.Qafarova Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə təşkil edilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında iştirak edəcək.