Yanvarın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 477 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 312, ikinci doza vaksinlərin sayı 39, üç və daha çox doza vaksinlərin sayı 101, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 25-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 936 min 110, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 399 min 186, ikinci mərhələ üzrə 4 milyon 876 min 44, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 039, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 841-dir.