Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində həyata keçirdiyi növbəti irimiqyaslı raket hücumu nəticəsində 5 nəfər ölüb, 40-a yaxın yaralı var.
“Report” bu barədə “UNİAN”a istinadən xəbər verir.
Dneprdə çoxmərtəbəli binaya düşən raket nəticəsində 39 yaralının olduğu məlumdur, onlardan yeddisi uşaqdır.
Bununla yanaşı, ərazidə 15 avtomobil yanıb, onlarla mənzilə ciddi ziyan dəyib.
Hadisə yerinə 230-dan çox xilasedici və 67 texnika cəlb olunub.