Çexiyada keçirilən prezident seçkilərinin birinci turunda ehtiyatda olan ordu generalı Pyotr Pavel liderdir.
“Report” xəbər verir ki, bu barədə “idnes” portalı məlumat yayıb.
Pavel seçki məntəqələrinin 98,92%-nin məlumatları hesablanandan sonra birinciliyi ələ alıb.
Çexiya Statistika İdarəsinin məlumatına görə, Pavel 35,20% səs toplayıb. Onun əsas rəqibi, Çexiyanın keçmiş baş naziri Andrey Babiş seçicilərin 35,18%-nin dəstəyini qazanıb.