Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Trend xəbər verir ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında əməkdaşlığın inkişafı, o cümlədən energetika sahəsində əlaqələrin genişlənməsi məsələlərini müzakirə ediblər.
Rusiya və Türkiyə prezidentləri telefon danışığı zamanı Ukrayna və Suriyadakı vəziyyəti müzakirə ediblər.
Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması ətrafında fikir mübadiləsi aparıblar.