Latviya hakimiyyəti Rusiya səfiri Mixail Vanindən ölkəni tərk etməyi tələb edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiyanın səfiri 2023-cü il fevralın 24-dək Latviyanı tərk etməlidir. Latviyanın Rusiyadakı səfiri də fevralın 24-dək Rusiyanı tərk edəcək”, – nazirliyin rəsmi məlumatında deyilir.