Avropa İttifaqı (Aİ) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsinin sözçüsü Peter Stano tviter sosial şəbəkəsində bildirib, diplomatik nümayəndəliklərə hücumların qəbuledilməz olduğunu qeyd edib.
O, silahlı hücum zamanı həlak olan mühafizə xidmətinin rəisinin ailəsinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb və əhatəli istintaqın aparılacağına, cinayətkarın məsuliyyətə cəlb olunacağına ümid etdiyini bildirib.