Suriyanın cənubundakı Deraa əyalətində bu gün baş verən partlayış nəticəsində hüquq-mühafizə orqanlarının 19 əməkdaşı yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, “Sham FM” radiostansiyası yaraqlılar tərəfindən magistral yolun yaxınlığında basdırılan partlayıcı qurğunun işə salındığı barədə məlumat yayıb.
Xəsarət alan bir neçə polis əməkdaşının vəziyyəti ağırdır və onlar xəstəxanaya çatdırılıb. Hadisənin başqa təfərrüatları açıqlanmayıb.