Böyük Britaniyanın “British Airways” aviaşirkəti aprelin 23-dən Çinin materik hissəsinə uçuşları bərpa edəcəyini açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
“İkiillik fasilədən sonra “British Airways” Böyük Britaniya ilə Çinin materik hissəsi arasında uçuşları bərpa edəcəyini açıqlayır. Aprelin 23-dən Şanxaya, iyunun 3-dən isə Pekinə uçuşlar üçün biletlər bu gündən satışa çıxarılıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, “British Airways” 1980-ci ildən Çinə uçuşlara başlayıb və pandemiya başlayana qədər reyslər fasiləsiz davam edib.