Rusiya xilasediciləri Türkiyə və Suriyaya yola düşüblər

Rusiya Türkiyə və Suriyanın zəlzələndən əziyyət çəkən bölgələrinə yardım məqsədilə xilasedicilər qrupu göndərib.

AZƏRTAC “interfax.ru”ya istinadla xəbər verir ki, göyərtəsində xilasedicilərin olduğu Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə bu məqsədlə “Jukovski” hava limanından Türkiyə və Suriyaya uçub.

“İnterfaks”ın müxbirinin verdiyi məlumata görə, üç təyyarə Türkiyəyə (Adana), biri isə Suriyaya gedib.

ƏvvəlkiTürkiyədəki zəlzələ qurbanları BMT-də bir dəqiqəlik sükutla yad edilib
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb