6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Operativ Qərargah yaradılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının aşağıdakı telefon nömrələri və elektron poçt vasitəsilə əlaqə saxlamaları xahiş olunur:
+994125969449 (saat 9:00-dan 18:00-dək)
+994503422491 (24 saat)
cmmkon@mfa.gov.az
Qeyd edək ki, Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb. Təkanlar ölkənin 10 vilayətində ciddi dağıntılara səbəb olub.