Estoniya ABŞ-dan 200 milyon dollar məbləğində HIMARS reaktiv yaylım atəşi sistemləri (RYAS) alacaq.
“Report” TASS-a istinadən xəbər ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı məlumat verib.
200 milyon dollar dəyərində HIMARS satınalınması üzrə layihə Estoniya tarixində ən böyüyüdür. Satınalma layihəsi çərçivəsində 6 ədəd RYAS, eləcə də sursatlar, rabitə həlləri, təlim, logistika sistemləri alınacaq.
Satınalma paketinə 70-300 km atəş diapazonu olan raketlər daxildir. Estoniya ilə yanaşı, Latviya və Litva da HIMARS sistemləri əldə edəcəklər.
Baş Qərargahdan verilən məlumata görə, bu həftə Estoniyanın mərkəzi poliqonunda HIMARS-dan atəşlər nümayiş olunub, bütün hədəflər vurulub.
Hazırda bu sistemlər artıq Estoniyada – ölkədəki ABŞ piyada bölüyünün arsenalında mövcuddur.