Bu zamana qədər 20 mindən çox şəxs dağıntıdan xilas edilib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
O qeyd edib ki, aidiyyatı qurumlar bu haqda statistikanı sabah ictimaiyyətə bildirəcək.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.