Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb.
Bu barədə Trend-ə FHN-ə istinadən xəbər verir.
Belə ki, təyyarə ilə yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 240 ədəd çadır daxildir.
Humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.