Rumıniyada 5,2 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, tələfat və dağıntılar barədə məlumat yoxdur.
Rumıniyanın Yerin Fizikasının İnkişafı üzrə Milli Tədqiqatlar İnstitutunun məlumatına görə, zəlzələ ölkənin cənub-qərbində, Qorj rayonunun Olteniya bölgəsində 13,2 kilometr dərinlikdə baş verib.