Bakıda beşmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
“112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.