Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 35 min 418 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Zəlzələ nəticəsində 105 min 505 nəfər isə yaralanıb.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra 3 min 170 afterşok qeydə alınıb. Hazırda zəlzələ bölgəsində 35 min 249 xilasedici olmaqla, 249 mindən çox personal fəaliyyət göstərir. Təbii fəlakətdən zərər çəkən 200 minədək insan digər vilayətlərə təxliyə olunub.
Axtarış-xilasetmə əməliyyatları zəlzələnin 9-cu günündə də davam edir.