Filippində 6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Leqaspi şəhərindən 89 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 40 kilometr dərinlikdə olub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.