Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən kafenin dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Kafenin dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.