“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 21 fevral 2023- cü il tarixində “Dəyərlərimizə sahib çıxaq” adlı layihəsini Şamaxı rayonunda davam etdirib.
Şamaxı Dövlət Regional Kollecində keçirilən tədbirdə iştirakçılar qardaş Türküyədə zəlzələ nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sukutla yad etdilər. Tədbiri giriş sözü ilə kollecin drektoru iqtisadiyyat üzrə fəlsəfə doktoru İlham Vəliyev açaraq iştirakçıları salamladı və layihənin məqsədi haqqında qısa məlumat verdi. Gənclər təşkilatının təlimçisi tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyova tədbir iştirakçılarını salamladı və tədbirin məqsədi barədə geniş məruzə ilə çıxış etdi. O son vaxtlar bəzi dəyərlərimizin aşınmalara məruz qaldığını, bir növ unudulduğunu qeyd etdi. Əsasən də gənclərimizin atalarımızın bizə yadigar qoyduğu dəyərlərimizə münasibətinin qənaətbəxş olmadığını söylədi. Tədbirdə “Sağlam Həyata doğru” ekoloji ictimai birliyinin sədri, kimya üzrə fəlsəfə doktoru Sadiq Həsənov gənclərimizə dəyərlərimizə hörmətlə yanaşmalarını, onları gələcək nəsilə olduğu kimi çatdırmağı tövsiyə etdi.
Kollecin tələbələrindən Nigar Sultanova, Rəvan Məmmədov, Taleh Xalidov, Gülgəz Sultanova və başqaları mövzu haqqında öz fikirlərini bildirdilər.