Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov fevralın 28-də Bəhruz Bayramovun Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Trend-in məlumatına görə, Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilsin”.
İmzalanan digər sərəncamla Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Xəyalə Xalıqverdi qızı Dadaşovaya verilib.