Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycanda işgüzar səfərdə olacaq.
Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Ş.Mirziyoyevin mətbuat xidmətindən bildirilib.
Özbəkistan Prezidentinin Qoşulmama Hərəkatının Təmas Qrupunun sammitində iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının Təmas Qrupunun sammiti keçiriləcək.