Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edən Parlament Şəbəkəsinin yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsü təqdirəlayiqdir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edərkən deyib.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin adından çıxış edən Tatyana Valovaya Azərbaycanın irəli sürdüyü təşəbbüsləri xüsusi vurğulayıb. O, ölkəmizin gənclərlə iş sahəsində – 2022-ci ilin iyulunda Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi və Hərəkatın Gənclər Şəbəkəsinin təsis olunması ilə bağlı təşəbbüslərini də təqdirəlayiq hesab etdiyini bildirib.