Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov bürünc medal qazanıb.
Bu barədə “Report”a Gimnastika Federasiyasından məlumat verilib.
Bildirilib ki, 27 yaşlı idmançı halqa ilə hərəkətlərin icrasında üçüncü nəticə göstərib.