Martın 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 430 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 190, ikinci doza vaksinlərin sayı 62, üç və daha çox doza vaksinlərin sayı 165, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 950 min 865, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 839, ikinci mərhələ üzrə 4 milyon 879 min 359, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 400 min 931, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 736-dır.