Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 45 yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 828 min 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 516 nəfər müalicə olunaraq sağalıb, 10 min 142 nəfər vəfat edib. Aktiv xəstə sayı 212 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 808, bu günə qədər isə ümumilikdə 7 milyon 538 min 679 test icra olunub.