Martın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 230 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 79, ikinci doza vaksinlərin sayı 61, üç və daha çox doza vaksinlərin sayı 77, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 951 min 282, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 999, ikinci mərhələ üzrə 4 milyon 879 min 457, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 401 min 69, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 757-dir.