Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 946 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 590 nəfər müalicə olunaraq sağalıb, 10 min 144 nəfər vəfat edib. Aktiv xəstə sayı 212 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 747, bu günə qədər isə ümumilikdə 7 milyon 542 min 059 test icra olunub.