Ruandanın paytaxtı Kiqali şəhərində keçirilən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) 73-cü Konqresində təşkilatın prezident seçkiləri olub.
AZƏRTAC xəbər verir ki, yeganə namizəd Canni İnfantino yenidən FIFA-nın prezidenti seçilib. O, 2027-ci ilə qədər qurumun rəhbəri vəzifəsinə təsdiq edilib.
Xatırladaq ki, Canni İnfantino ilk dəfə 2016-cı ildə səsvermənin ikinci turunda mümkün 207 səsdən 115 səs toplayaraq FIFA-nın prezidenti seçilmişdi. 2019-cu ildə o, ikinci müddətə yenidən bu vəzifəyə təsdiq olunmuşdu.