Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, martın 21-dək davam edəcək dumanlı hava şəraiti ilə əlaqədar hazırda ölkə ərazisində görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.
AZƏRTAC xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində respublikanın avtomobil yollarında hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağını da nəzərə alaraq, səfərə çıxan sürücüləri mövcud hava şəraitini düzgün qiymətləndirməyə, bayram ərəfəsində xoşagəlməz hadisələrin yaşanmaması üçün təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.