Dünya Bankı, Avropa Komissiyası və Kiyevdəki səlahiyyətlilər Ukraynanın yenidən qurulmasını 411 milyard dollar dəyərində qiymətləndiririrlər.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Röyters məlumat yayıb.
Məlumata görə, qeydedilən məbləğ 2022-ci il üçün hesablamalara görə, Ukraynanın ÜDM-sindən 2,6 dəfə çoxdur.
“2022-ci ilin sentyabrında analoji araşdırma Ukraynanın yenidən qurulmasının dəyərini 349 milyard dollar qiymətləndirib. Ukraynanın bu il yenidənqurma üçün 14 milyard dollar investisiyaya ehtiyacı var. Hesabatda bildirilir ki, Ukraynanın enerji sisteminə dəyən ziyan 2022-ci ilin iyun ayına olan təxminlərlə müqayisədə 5 dəfə artıb”, – deyə məlumatda bildirilir.