ABŞ Prezidenti Cozef Bayden amerikalı hərbçilərin Suriyada mövcudluğunu saxlamağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.
“Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada bu qruplaşmaya qarşı vuruşan 1 000-ə qədər hərbçimiz var. Bu qruplaşma azalsa da, hələ də diridir”, – Kirbi CBS telekanalında deyib.
Bayden bu missiyanı yaşatmağa “tamamilə tərəfdarı” olduğunu vurğulayıb.
“Biz həmişə ordumuzu və obyektlərimizi qoruyacağıq”, – o əlavə edib.