“Biz mina təhlükəsini aradan qaldırmaq üçün hərəkətə keçməliyik”.
“Report” xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş 4 aprel – Beynəlxalq Mina Təhlükəsizliyi Günü ilə bağlı tviterdə yazıb.
Onun sözlərinə görə, insanların təhlükəsiz şəraitdə geri qayıtmalarına və həyatlarını yenidən qurmalarına şərait yaradılmalıdır: “Döyüşlər dayandıqdan sonra belə münaqişələr çox vaxt qorxulu miras qoyur: minalar və partlayıcı sursatlar”.
Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Təhlükəsizliyi Günü kimi qeyd olunur.