Müdafiə nazirinin Azərbaycan ordusunda idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən hərbi birliklərdə sıçrayış marşı üzrə yarışlar başlayıb.
Türk.az-ın məlumatına görə, motoatıcı, əməliyyat və kəşfiyyat bölmələrinin cəlb olunduğu yarışlarda komandalar müxtəlif məsafələrdə müəyyən olunmuş marşrut üzrə güclərini sınayırlar.
Birincilik uğrunda mübarizədə iştirak edən hərbi qulluqçular bölmələr tərkibində ştat silahları və tam təchizat ilə uzun məsafələri sürətlə qət etməklə dözümlülük və bacarıqlarını təkmilləşdirirlər.