Yevlax şəhərində yerləşən yataqxana binasında yanğın hadisəsi qeydə alınıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Q.Quliyev küçəsi, 3a ünvanında yerləşən keçmiş “Yunun ilkin emalı fabriki”nin yataqxana binasının 4-cü mərtəbəsində qeydə alınıb.
Yevlax şəhər sakini, 1968-ci il təvəllüdlü H.Umarovun yaşadığı ümumi sahəsi 30 kvadratmetr olan mənzilin 18 kvadratmetr hissəsi əşyalarla birgə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.
Yanğının başvermə səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.