Aprelin 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 175 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 127, ikinci doza vaksinlərin sayı 13, üç və daha çox doza vaksinlərin sayı 30, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 5-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 958 min 207, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 409 min 333, ikinci mərhələ üzrə 4 milyon 880 min 381, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 440, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 53-dür.