Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 82 yoluxma faktı qeydə alınıb, 95 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 830 min 701 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 22 nəfər müalicə olunaraq sağalıb, 10 min 206 nəfər vəfat edib. Aktiv xəstə sayı 473 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 851, bu günə qədər isə ümumilikdə 7 milyon 574 min 219 test icra olunub.