ABŞ İrana yardım edən şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Bu şirkətlərin adları Amerikanın Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib.
AZƏRTAC ABŞ Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, həmin şirkətlər yeni texnologiyalar əsasında istehsal etdikləri elektron cihazları İrana satıblar.
İran isə bu cihazlardan istifadə edərək hərbi yönümlü pilotsuz uçan aparatlar (PUA) istehsal edir.
ABŞ-ın 6 iri şirkət və 1 nəfər fiziki şəxsə qarşı tətbiq etdiyi bu sanksiyaya İran hələlik münasibət bildirməyib.