Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 831 110 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 631 nəfər müalicə olunaraq sağalıb, 10 226 nəfər vəfat edib, aktiv xəstə sayı 253 nəfərdir.
Ölkədə son sutka ərzində 637, hazırkı dövrədək isə 7 583 322 test aparılıb.
Bildirilib ki, son sutkada peyvənd olunan olmayıb.