Braziliya Kəşfiyyat İdarəsinin bəyanatına görə, Google, Apple və dörd Braziliya telekommunikasiya şirkətinə “Telegram”ı tətbiq mağazalarından və digər platformalarından silmək əmri verilib.
Belə ki, bir neçə ay bundan öncə Aracruzda iki məktəbdə dörd nəfəri öldürən və təxminən on nəfəri yaralayan 16 yaşlı gəncin Telegram qruplarında antisemit məzmun yaydığını müəyyən etdikdən sonra polis məlumatların əldə edilməsini istəyib.
Polisin “Telegram”a verdiyi məlumat sorğusunda cinayətkarın zorakı ölümləri əks etdirən videoları, bomba hazırlama videolarını və azlıqlara qarşı nifrəti təbliğ edən materialları paylaşdığını söylədi.
Müstəntiqlər ekstremist qrup üzvləri ilə idarəçilər arasında əlaqələr və qrupun atıcıya onun cinayətini törətməsinə təsir edib-etməməsi barədə daha çox öyrənməyə ümid edirlər.