AMDP (Bozqurd) Təşkilat Komitəsi Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin əleyhinə ritorikaları ilə əlaqədar bəyanat vermişdir.
Bəyanatda deyilir ki, 23 aprel 2023-cü il tarixində Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsini təsis edilməsi ölkəmiz üçün əlamətdar hadisədir. Bu hadisə artıq uzun illər davam edən problemlərin öz həllini tapacağına dəlalət edir. Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyasının uğurları bizi addım-addım Xankəndinə yaxınlaşdırır. Qondarma “Dağlıq Qarabağ”-ın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini yalan, provokasiya xarakterli məlumatları ilə dünya mediasında yenidən fəallaşdırıb.
Nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlamasının Ermənistanı və onların beynəlxalq havadarlarını əndişələndirəcəyi təxmin olunurdu. Erməni “həyasızlığı” ölkəmiz üçün heç də yeni məsələ deyil. Onların havadarlarının verdiyi reaksiyalar isə hər zaman düşündürücüdür. Belə ki, dünyanın istənilən bölgəsi ilə bağlı məsələlərdə “yola getməyən” Rusiya, ABŞ, İran, Fransa kimi dövlətlər, söhbət Azərbaycandan, onun hüquqi ərazisindən getdiyi zaman düşmənçilikləri bir kənara qoyurlar. Başqa məsələlərdə fərqli mövqe nümayiş etdirən qüvvələrin regionla bağlı bütün açıqlamları fitnəkar ermənilərin xeyrinə olur. Biz milli yönümlü qüvvə olaraq bu cür yanaşmalara sırf dini təssübkeşlik baxımından yanaşmırıq. Bu qüvvələrin əsas hədəfi dinlə yox millətlə bağlıdır. Hər zaman türklər onların hədəfinə tuş gəlib. Babalarının qisasını türklərdən almağa çalışıblar, amma nail olmayıblar. Bu dəfə də türkün “Dəmir Yumruğu”-nu dadırlar. Azərbaycan öz “dəmir”iradəsini belə həlledici məqamda bir daha nümayiş etdirir. Bu sevinci bizə bəxş edən, şərəfli tarixi olan ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. AMDP (Bozqurd) olaraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü, əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasi kursu birmənalı şəkildə dəstəkləyirik. Azərbaycan xalqını həmrəyliyə, Azərbaycanımıza qarşı uzanan qanlı əlləri hər an kəsib atmağa hazır olmağa səsləyirik. Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik. AMDP-nin əsas hədəfi Turandır. Bu yol isə Bütöv Azərbaycandan keçir. Bu yolu yalnız milli düşüncə və əzimlə getmək olar. Tanrı Türkü Qorusun!