Biləsuvar şəhərinə içməli suyun verilişi bərpa olunub.
Bu barədə “Report”un yerli bürosuna sakinlər məlumat verib.
Qeyd edək ki, mayın 2-də Kür-Bakı magistral su kəmərində qəza baş verib. Hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb. Buna görə də, həmin gündən Biləsuvar şəhərinə içməli su verilişi dayandırılmışdı.